Print

ADSA – Azərbaycan Daun Sindromu Ailəsi 2010-cu ilin may ayında, Azərbaycanda Daun Sindromlu insanların problemlərinin həll olunması, valideynlər arasında həmrəyliyin yaradılması məqsədilə qurulmuşdur. Təşkilatın rəhbəri Fəridə Hüseynova DS uşaq anasıdır. Avropa Daun Sindromu Ailəsinin üzvüdür. DS uşağın təlim və tərbiyəsi sahəsində təcrübəyə malikdir.
Biz Daun Sindromunu əlillik kimi görmürük, bunu həyatın fərqli bir üzü kimi qəbul edirik. Daun Sindromlu şəxslərin konstitusiya hüquqlarına sahib olan vətəndaşlar olaraq cəmiyyətdə öz yerlərini tutmalarından ötrü valideyinlərlə əl-ələ verərək bəzi işlər görmək istəyirik. 
______________________________________________________________