Daun Sindromlu uşaqlar necə inkişaf edir?

Print

Artıq xromosom uşağın inkişafına negativ təsir göstərməkdədir. Bu hal hər zaman davam edəcəkdir. Çünkü xromosom deyişikliyini geri qaytarmaq mümkün deyildir. Lakin unutmayın ki, bir uşağın inkişafı sadəcə genetik faktorlara bağlı deyildir. Ətraf mühit və öyrənmə faktorları də uşağın inkişafında çox vacibdir və təsirlidir. Daun Sindromlu uşaqların ehtiyacları digər uşaqların ehtiyaclarından fərqli deyildir. Onlar da ana, ata və qardaşlarıyla birlikdə olmaqdan sevinc duyarlar. Onları əhatə edən hər şeyi kəşf etmək, oynamaq, öyrənmək, gülmək istərlər. Daun Sindromlu bir uşağın mümkün olduğu qədər sosyal bir mühitdə böyüdülməsi, onun inkişafı üçün son dərəcə faydalıdır. Uşaqlar 1 yaşına qədər bəzi önəmli inkişaf xüsusiyyətlərini göstərirlər. Bu xüsusiyyətlər ana və ata tərəfindən sevinclə qarşılanır. Məsələn ilk gülüş və ya öz başına oturması, iməkləməsi, ilk addım vs. Daun Sindromlu uşaqlar bir çox şeyi digər uşaqlardan daha geç öyrənir və normal inkişaf prosedürünü daha geç tamamlayarlar. Lakin uşağınızın bunların hamısını öyrənəcəyinə əmin ola bilərsiniz. Daun Sindromlu uşaqlar üçün ailədaxili yardımla yanaşı olaraq inkişaf və reabilitasya mərkəzlərinin yardımı da çox önəmlidir.
Daun Sindromlu uşaqlar bir çox qeyri-adi işin öhdəsindən gələ bilirlər. Lakin bu uşaqların təhsili və inkişafları xüsusi qayğıya ehtiyacı olmayan digər uşaqlar ilə əsla müqayisə edilməməlidir.
Birlikdə oynanan oyunlar bütün uşaqların inkişafı üçün önəmlidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün oyunların daha böyük bir əhəmiyyəti vardır. Uşaq oyunları, təkərləmələr və mahnılar anaya və uşağa keyf verir. Ətrafla qurulan əlaqələr isə uşağın danışmasını və sosyal inkişafını dəstəkləyərək, uşağa özünə uyğun olana qatılma imkanını təmin edir.
Digər uşaqlar kimi, Daun Sindromlu uşaqların da çox oyuncağa ehtiyacı yoxdur. Sadəcə hərəkət qabiliyyətlərini artdıracaq və təcrübə qazandıra biləcək oyuncaq maddə və materyallara ehtiyacları vardır. Oyunda önəmli bir digər nöqtə isə başqa uşaqların da olmasıdır. Ətrafınızda uşağınuza birlikdə oynaya biləcəyi dostlar arayın. Bunlar adi uşaqlar ola bilər. Görəcəksiniz ki bu uşağınızın çox xoşuna gələcəkdir.
Birlikdə oynamaqdan əngəlli olmayan uşaqlar da zövq alacaqlar. Uşağın qardeşı və bacısı varsa təbii olaraq ən yaxşı oyun yoldaşları onlar olacaqlar.
İlk illərdə uşağın inkişafı üçün bir dəstəkləmə programı olduqca önəmlidir. Erkən dəstəkləmə sayəsində uşağınız bir çox şeyi daha erkən öyrənə bilər və beləliklə özünü inkişaf etdirə bilər.
Uşağa tətbiq olunan fizioterapiya bəzi çətinlikləri azalda bilər və hərəkət inkişafını sürətləndirə bilər.
Uşağın inkişaf edə bilməsi üçün göstərilən yardım, təhsil və inkişaf programları, bütün zehni və inkişaf çətinliyi çəkən əngəlli uşaqlar üçün eynidir. Lakin hər uşaq təkdir və tək başına bir şəxsiyyətdir. Bu məqam əsla unudulmamalıdır.
Erkən dəstəkləmə programları çox müsbət nəticələr verməkdədir. Ancaq bu cür programlar tətbiq edilərkən sevgiylə yanaşmanın önəmi böyükdür. Razılaşarsınız ki uşaqların məcburi bir çalışma programıyla müqayisədə sevgiyə olan ehtiyacları daha çoxdur, və əgər ana-ata təlim-tərbiyə məsələsini lazım olduğundan daha artıq ön plana çıxararsa uşağınun psixoloji tarazlığına mənfi təsir göstərəcəyini unutmamalıdır. Unudulmaması lazım olan başqa bir məqam da Daun Sindromlu uşaqların hər nə qədər bir-birlərinə çox bənzəsələr də hər birinin fərqli qabiliyyətləri və şəxsiyyət özəllikləri daşımalarıdır.
2 yaşında danışmanı dəstəkləmə programlarının yerinə yetirilməsi çox vacibdir. Uşağın özünü daha yaxşı ifadə edə bilməsi və mənimsəməni asanlaşdırmaq üçün uşaq mahnıları, qafiyələr, rəsimli kitablar və bəsit oyuncaq materialları çox əhəmiyyətlidir. Ancaq doğru bir seçim etmək əsas şərtlərdən biridir. Məsələn seçilən bir kitabın içindəki rəsm ya da fotoşəkilləri uşağın tanması və ya gündəlik işlərdə işlənən əşyalardan ibarət olması daha yaxşı nəticə verə bilər.
Daun Sindromu ilə bağlantılı bir çox xəstəlik və problem vardır. uşaqların üçdə birində ürək problemləri vardır. Bir çoxunun da mədə və bağırsaq, eşitmə və görmə problemləri ilə yanaşı olaraq yüksək bir infeksiyaya yoluxma ehtimalları da vardır. Bu cür problemlər olduğu zaman erkən diaqnoz və müvafiq müalicə almaları Daun Sindromlu uşaqların hayatına pozitiv təsir göstərməkdədir.