Doğuşdan sonra, əmizdirmə haqqında notlar...

Print

 

 

Əmizdirmə, bütün körpələr üçün olduğu kimi Daun Sindromlu uşaqlar üçün də son dərəcə vacibdir. Bu uşaqların ana südü ilə bəslənmələri, ağız sistemlərinin qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal bir ağız quruluşunun formalaşmasının ən yaxşı yoludur. Əmizdirmə ilə alt çənənin inkişafı və dil hərəkəti sayəsində uşağın ağzını örtməsini öyrənməsi daha asandır. Çünkü Daun Sindromlu uşaqların bu məsələdə bəzi çətinlikləri olur. Ağzın örtülməsilə bağlı erkən müdaxilələr müsbət nəticə verməkdədir.

Sizə uşağınızla birlikdə olmaq və onunla yaxşı bir münasibət qurmaq çox vacibdir. Əmizdirmə buna da yardımçı ola bilir, lakin məcburi deyildir. Əmizdirmənin mümkün olamadığı hallarda uşaqla onu yedizdirmə zamanı da isti bir bağlılıq qurula bilər. İlk günlərdə uşağı yedizdirmək çox çətin ola bilər, lakin geri çəkilməyin.

Uşağınızın ağzını örtməyi öyrənməsi, şüşədən əmizdirmə ilə müqayisədə döşdən əmizdirmədə daha asandır. Bundan başqa körpəni əmizdirərkən, əmizdirmə ritminə uyğun basdırma və ya çənə altından xəfifcə oxşamayla yardım edilə bilər. Bəzən ilk mərhələdə bir damla südü döşdən ələ alıb uşağın ağzına qoymaq da yararlı ola bilər. Bu durumda, əmizdirmə istəyini oyandırmaq üçün, barmaq uşağın ağzında xəfifcə sağa sola oynadılmalı, körpə ancaq əmməyə başladığında döş verilməlidir.

Əmizdirmə əsnasında da ara-sıra barmaqla bu şəkildə davranmaq uşağın əmizdirmə istəyini çoxalda bilər. Körpənin əmməsini asanlaşdırmaq üçün digər bir hərəkət də döşü yavaşca sıxmaqla ovuşdurulmasıdır. Döş ucu körpə tərəfindən daha asanlıqla tutulur və süd o saat gəlir. Bundan başqa bu üsul südün çoxalmasına da kömək edir. Körpə tam doyurulamadığında südün sağılıb şüşədən verilməsi körpənin sağlamlığı üçün önəmlidir.

Çox zaman bir neçə həftə sonra körpəni döşdən əmizdirməklə doyurmaq mümkün ola bilir. Körpəni əmizdirərkən fərqli problemlər ortaya çıxarsa ana bir doktora müraciət etməlidir.