Bu, belə deyil : Xüsusi müəssisələrdə körpənin başına gələnləri təsvir edən xüsusi termin var – qospitalizm sindromu. Bu, körpənin anadan ayrılması və xüsusi müəssisədə qalmasından doğan psixi və şəxsi inkişaf pozuntusudur. Qospitalizm körpənin intellektual, emosional və fiziki inkişafını tormozlamaqla onun şəxsiyyətinin bütün sahələrinə neqativ iz qoyur. Bu, Daun sindromunun olub-olmaması ilə heç cür əlaqəli deyil.

 

Valideynlərdən ayrı düşmüş körpədə inkişafdan qalma və insani sevinclərdən məhrumiyyətlə müqayisədə daha böyük faciə baş verir : o, MƏHƏBBƏTİN nə olduğunu bilmir.

 

Daun sindromlu uşaqların həyatda daha çox qayğı, məhəbbət və xeyirxahlıq görməsi bizim əlimizdədir !

 

Bu uşaqlar bizə məhəbbətlə, dünyaya inamla doğulur. Onlar cəmiyyətimiz qarşısında nədə günahkardırlar, niyə hərtərəfli inkişaf, insanlar arasında olmaq xoşbəxtliyi imkanları onların üzünə qapadılır? Bu uşaqlarda nəsə çatışmır? Yox! Onlarda başqalarında olmayan sadəcə bir şey var – artıq xromosom və bu, onları bir az fərqli edir.

 

Fərqli xarici görünüş, ətraf aləmə həssaslıqla yaşama, böyük təqlid qabiliyyəti, inkişafın özünəməxsus temp və ritmi, artistizm, musiqililik, insanlara inam: budur Daun sindromu ! Əks halda isə insanlardan təcrid və ailədən ayrılıq, ilkin reablitasiyanın olmaması, tam tənəzzül və həyat qabiliyyətinin olmaması özünü göstərir.