Erkən müdaxilə vacibdir

Daun sindromlu uşaqlarda erkən yaşdan başlanan dəstək proqramları onların nitq, ünsiyyət, motor və sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir.

Hər uşaq fərqlidir

Daun sindromlu hər bir uşağın inkişaf tempi, bacarığı və maraqları fərqlidir. Ona görə də yanaşma fərdi, sevgi dolu və səbirli olmalıdır.

Təhsil və sosiallaşma önəmlidir

Düzgün dəstək və uyğun mühit olduqda Daun sindromlu uşaqlar təhsil ala, cəmiyyətə inteqrasiya oluna və gündəlik həyatda müxtəlif bacarıqlar qazana bilirlər.

Ailə və cəmiyyət dəstəyi əsasdır

Sevgi, anlayış və qəbul mühiti uşağın inkişafında böyük rol oynayır. Ailə, müəllim və cəmiyyətin birgə dəstəyi onların daha inamlı böyüməsinə kömək edir.

Onlar yer üzünün mələkləridir

Azərbaycan Daun Sindromu Ailəsi

Valideyn rəyləri

Ailələrin ADSA haqqında fikirləri
Valideyn rəyi

Valideyn rəyi

ADSA ailəsinin üzvü

“ADSA bizim üçün sadəcə bir təşkilat deyil, həm də dayaq nöqtəsidir. Burada həm düzgün məlumat, həm də anlayış və mənəvi dəstək tapdıq.”

Ailə rəyi

Ailə rəyi

Valideyn

“Övladımızla bağlı bir çox sualımıza məhz ADSA-da cavab tapdıq. Bu ailənin bir parçası olmaq bizə güc, inam və ümid verdi.”

İcma rəyi

İcma rəyi

ADSA dəstəkçisi

“ADSA sayəsində tək olmadığımızı hiss etdik. Burada həm uşaqlar, həm də valideynlər üçün sevgi, diqqət və birlik mühiti var.”

MƏQALƏLƏR

Məni tərk etmə, ana !

(Daunlu uşağın dilindən)   Mənim həyat tarixçəm kifayət qədər maraqlı başlayıb. Uzun müddət ata-anamın uşağı olmayıb.Təqribən 10 il sonra onlar mənim varlığımı biləndə, UZİ-nin ekranında məni xırda rüşeym şəklində görəndə sevinclərinin hüdudu olmayıb.Hətta anam mənim Davamı

55 manatın ağrısı…

Ailə sosial yardım ala bilmir   “Oğlum gec ayaq açıb. Atası rəhmətə gedəndən bir il sonra – 12 yaşı olanda. Onu nə məktəbə qoya bilmişəm, nə də bağçaya… Danışmağı da gec öyrəndi. İndi də səhhəti Davamı

“Pulumu alanda sənə ev alacam”…

İsa o qədər ac qalıb ki…   Gülnaz Atabalayeva 3 uşaq anasıdır. Onun iki qızı, bir oğlu var. Oğlu İsa Atabalayev daun sindromludur. Onlar Yeni Günəşlidə, acınacaqlı bir durumda, kirayə mənzildə yaşayırlar. Buna yaşamaq demək Davamı

ADSA

Azərbaycan Daun Sindromu Ailəsi

BAKI, AZƏRBAYCAN

BİZƏ ZƏNG EDİN:

Tel: +994 55 323 50 71

ƏLAQƏ