Ailə sosial yardım ala bilmir

 

“Oğlum gec ayaq açıb. Atası rəhmətə gedəndən bir il sonra – 12 yaşı olanda. Onu nə məktəbə qoya bilmişəm, nə də bağçaya… Danışmağı da gec öyrəndi. İndi də səhhəti yaxşı deyil. Durduğu yerdə gömgöy göyərib özündən gedir. Ürəyində qüsur var. Gözləri yaxşı görmür, qulağı da yaxşı eşitmir. Mən ana kimi çox xəcalət çəkirəm ki, onun təqaüdünü alıb kirayəyə verirəm… Özüm 85 manat təqaüd alıram. Onun təqaüdünü də üstünə qoyub 160 manatlıq kirayə haqqını verməliyəm. Bu pulun üstünü isə böyük qızım Səbinə düzəldir. O evlidir. Əlinə düşən pulu bizə gətirir” – ana yenə ağlayır…

 

Qızı Raminə danışır ki, hələ 2000-ci ildə anası Xətai Rayon Bələdiyyəsinə gedib. Niyaməddin Musayevlə də görüşüb. Ondan torpaq istəyib. Cavabında N.Musayev pulsuz torpağın olmadığını deyib: “2002-ci ildən bizi torpaq növbəsinə götürüblər. Hələ də gözləyirik… Təzəlikcə yenə bələdiyyəyə getmişdik. Bizə dedilər ki, sizin sənədləriniz arxivdədir. Bizdən sonra növbəyə dayananlar çoxdan torpaq alıb. Balaca torpağımız olsa, lap köşk qoyub kirayədən canımızı qurtararıq…”

 

“Mən 55 manatdan bu zamanadək ona heç nə almamışam… Özüm də belə xəstəyəm. Ondan qorxuram ki, mən ölsəm oğlumun halı necə Torpaq növbəsi çatmır ki, çatmır…

 

olacaq?Torpaq növbəsi çatmır ki, çatmır… Yemək pulumuzu çox zaman böyük qızım övladının boğazından kəsib verə bilir. Heç yerdə işləmir,

 

yoldaşının əlinə baxır… Həyətə pomidor, meyvə gətirəndə oğlumu eyvana buraxmıram. Görəndə istəyir, mən ala bilmirəm… Mən ona təqaüdündən bir çöp belə ala bilmirəm” – deyir ana.

 

Ağlayan ananın əvəzindən yenə Raminə danışır: “Sosial yardım almaq üçün bilmədik hara müraciət edək. Getdik Suraxanı rayonuna dedilər ki, burada daimi qeydiyyatda deyilsiniz, sizə düşmür. Yasamal rayonunda bir qohumumuzun evinə qeydiyyatdayıq. Orada da dedilər ki, burada yaşamırsınız, gəlib yoxlasalar bizə pis olacaq. Orada Fidan xanım adında bir qadın işləyirdi. O, bizim vəziyyətimizi bilirdi, bizə kömək edirdi. Biz harada qeydiyyata duraq, haradan bu yardımı alaq, bilmirəm. Allaha yalvarmaqdan başqa heç nəyə gücüm çatmır…”

 

Söhbət boyu sakitləşə bilməyən Gülnaz xanımın bircə istəyi odu ki, oğlunun 55 manatlıq təqaüdünü kirayəyə verməsin: “15 ildir mən uşağa yalan danışıram. 15 ildir mən onu aldadıram ki, sənin pulunu alıb sənə paltar alacam, ev alacam, sənə çoxlu meyvə alacam… Ancaq nə vaxtacan?.. Mən anayam axı… Ağlayanda isə oğlum mənə deyir: “ana, ağlama. Puyumu alanda sənə özüm ev alacam”…”

 

Aytən Fərhadova, “Bizim Yol” qəzeti, 11.07.11 12:05

http://var.az/sosial/1834-coerk-tamarzlar

Məqalə ADSA İB-nin sifarişi ilə hazırlanıb

Categories: MƏQALƏLƏR