Daun-Sindromunun nədən yarandığı məsələsi bu günə qədər cavabsız qalmaqdadır. Bu problemin mütəxəssisləri Daun-sindromu üçün “təsadüflər nəticəsində ortaya çıxmaqdadır” deyirlər. Aparılan araşdırmalarda elmi olaraq ortaya göstərilə bilən səbəb, ananın yaşının 35-dən yuxarı olması və ya atanın yaşlı olması Daun-sindromlu uşaq sahibi olma ehtimalını artırdığı şəklindədir.
Daun-Sindromlu uşaqlarda doğuş sonrası görülən bəzi ortaq xüsusiyyətlər:
Üz: Daun-Sindromlu bir uşağın üzü əsasən yuvarlaq və basıqdır.
Baş: Brakisefalikdir.
Gözlər: Demək olar ki, bütün Daun-Sindromlu uşaqların gözləri badam kimi yuxarı doğru çəkilidir. Gözlərinin burun tərəflərində “epikantus” deyilən bir dəri qıvrımı vardır. Yeni doğanlarda göz içində ağ və ya azacıq sarı ləkələr ola bilər. Bunlar zaman keçdikcə yoxa çıxır.
Saçlar: Saçlar əsasən yumşaq, seyrək və parlaqdır.
Ənsə: Daun-Sindromlu yeni doğulan uşağın ənsəsində böyüdükcə yox olan bir dəri qatı müşahidə edilməkdədir. Saç xətti ənsədə adətən daha yüksəkdədir. Ənsə daha düz kimi durmaqdadır.
Əzələ tonusu: Yeni doğulanların boyun və digər oynaqları elastikdir. Uşaqlar qucağa götürüləndə ət kimi olurlar. Yəni əzələləri çox boş olur. Buna Hipotoniya deyilir.
Ağız : Ağızları adətən kiçik olur. Damaqlari yüksəkdir. Bütün əzələlərdə olduğu kimi dilin, və ağız əzələlərinin boş olmasına görə dil adətən bayıra çıxır.
Əllər: Əllər geniş və barmaqlar qısadır. Bir çoxunda ovuc içində eninə qalın bir cizgi vardır. (Simian xətti)
Ayaqlar: Ayaqlar çox halda qısa olur və ayaq baş barmaq ilə ikinci barmaq arasında bir boşluq vardır.(Sandalet boşluğu)
Boy: Daun-Sindromlu uşaqların çəkisi və boyu doğulanda adətən normaldan çox da fərqli deyildir. Bəziləri isə orta boy həddinin bir az altında ola bilirlər. Yetkin yaşda adətən qısa boylu olurlar. Ailələrinin boy ortalamasına yaxınlaşanların sayı az deyildir.