Daun Sindromunun müxtəlif formaları vardır. Bunlar:

Sərbəst trisomiya 21:

Ən çox rast gəlinən tiptir. Bütün Daun Sindromu hallarının təxminən 95 faizə qədəri bu tipdir. Daun Sindromunun bütün əlamətləri bu tipdə vardır. Xromosom sayı 47 ədəddir. Ananın yaşının çox olması ilə daha çox əlaqəlidir. Atanın yaşının əllinin üzerində olması da bu tipdə ön plandadır.

 

Translokasiya trisomiyası 21:

Adətən yeni bir təzahür olaraq ortaya çıxar. 4-5 % nisbətində rast gəlinir. Xromosom sayı 46 olaraq təsbit edilsə də artıq olan xromosom yox olmamış, başqa bir xromosomla birleşmişdir. Ailədə 25 % nisbətində bir xromosom translokasiyası ola bilər. Bu uşaqlarda sərbəst Trisomiya 21 kimi Daun Sindromunun bütün əlamətlərinə rast gəlmək olur. Ailədə xromosom analizi məsləhət görülür.

 

Mozaik trisomiya 21:

 

Bütün Daun-sindromu halları içində təqribən 1- 2 % nisbətində rast gəlinməkdədir. Daşıyıcısı olan fərdlərin bəzi hüceyrələrində 46, bəzilərində isə 47 xromosom vardır. Əlamətlər hüceyrələrin təsirlənmə dərəcəsinə görə fərqlənə bilər.