Daun Sindromunda əqli və fiziki inkişafın dəstəklənməsi üçün erkən təlim və erkən fizyoterapiya gərəklidir. Bu səbəblə doğum sonrası ən qısa müddətdə uşağın tərbiyəsinə başlanmalıdır.
Daun Sindromunda Danışma:
Daun Sindromlu bir uşaqda inkişaf yaşıdlarıyla müqayisədə geri qaldığı üçün danışması gecikir. Bu səbəblə yanaşı davam edən xəstəliklər müalicə edilməlidir və ola biləcək eşitmə problemləri aradan qaldırılarsa, veriləcək tərbiyənin keyfiyyəti ilə eyni nisbətdə uşaq ortalama 2-3 yaşında ilk kəlmələri tələffüz etməyə başlayar. İlk kəlmələrdən sonra danışması sürətlə inkişaf edər.
Daun Sindromunda Fizioterapiya:
Daun Sindromlu uşaqlarımızda ümumən bir əzələ boşluğu vardır. Buna görə də uşağın başını tutması, iməkləməsi və yeriməsi gec olur. Bunu sürətləndirmək üçün fizioterapiyaya erkən başlanması, onun həyata daha tez başlamasında, ətrafını kəşf etməsində yardımçı olur.
47-ci xromosomun gətirdikləri
Hər şeydən öncə Daun Sindromlu fərdlər sevincli, dürüst və qaydalara uyumludurlar. Yardımsevərdirlər. Rəhm duyğuları çox yaxşı inkişaf etmişdir. Kinli olmaq, eqoistlik və öz xeyrini güdmək hissi onlardan uzaqdır. Təbiəti sevərlər. Dinə meyilləri böyükdür. Xoşagələn olduqlarına görə cəmiyyət arasında dərhal hər zaman maraq obyektinə çevrilirlər. Xoşagəlməz şeylərdən tez təsirlənirlər. Həssas olurlar. Yamsılamaq qabiliyyətləri çox yaxşı inkişaf etmiş olur. İncəsənətdə uğur qazanırlar. Musiqi və rəsm sahəsində təhsil ala bilsələr çox yaxşı nəticələr göstərə bilərlər.