Üz quruluşları və gözlərindəki qıyıqlıq səbəbi ilə çox zaman insanlar uşaqlarımızı bir birlərinə bənzədirlər. Əslində bu fikir doğru deyildir. Onların hər biri öz ailəsinin özəlliklərini daşıyır və ailə üzvlərindən biri və ya bir neçəsinin özəlliyini daşıyırlar. Bəzi ortaq özəllikləri vardır. Bu isə insani dəyərlərinin olduqca yüksək olmasıdır. Yalan bilməzlər. (Xüsusi olaraq öyrədilməzsə !!!) Sevgiləri qarşılıqsızdır. Hər biri olduqca sevimli və sevgi doludurlar.