Əmizdirmə, bütün körpələr üçün olduğu kimi Daun Sindromlu uşaqlar üçün də son dərəcə vacibdir. Bu uşaqların ana südü ilə bəslənmələri, ağız sistemlərinin qüvvətlənməsini təmin edir. Qüvvətli şəkildə əmmək, normal bir ağız quruluşunun formalaşmasının ən yaxşı yoludur. Əmizdirmə ilə alt çənənin inkişafı və dil hərəkəti sayəsində uşağın ağzını örtməsini öyrənməsi daha asandır. Çünkü Daun Sindromlu uşaqların bu məsələdə bəzi çətinlikləri olur. Ağzın örtülməsilə bağlı erkən müdaxilələr müsbət nəticə verməkdədir.
Sizə uşağınızla birlikdə olmaq və onunla yaxşı bir münasibət qurmaq çox vacibdir. Əmizdirmə buna da yardımçı ola bilir, lakin məcburi deyildir. Əmizdirmənin mümkün olamadığı hallarda uşaqla onu yedizdirmə zamanı da isti bir bağlılıq qurula bilər. İlk günlərdə uşağı yedizdirmək çox çətin ola bilər, lakin geri çəkilməyin.
Uşağınızın ağzını örtməyi öyrənməsi, şüşədən əmizdirmə ilə müqayisədə döşdən əmizdirmədə daha asandır. Bundan başqa körpəni əmizdirərkən, əmizdirmə ritminə uyğun basdırma və ya çənə altından xəfifcə oxşamayla yardım edilə bilər. Bəzən ilk mərhələdə bir damla südü döşdən ələ alıb uşağın ağzına qoymaq da yararlı ola bilər. Bu durumda, əmizdirmə istəyini oyandırmaq üçün, barmaq uşağın ağzında xəfifcə sağa sola oynadılmalı, körpə ancaq əmməyə başladığında döş verilməlidir.
Əmizdirmə əsnasında da ara-sıra barmaqla bu şəkildə davranmaq uşağın əmizdirmə istəyini çoxalda bilər. Körpənin əmməsini asanlaşdırmaq üçün digər bir hərəkət də döşü yavaşca sıxmaqla ovuşdurulmasıdır. Döş ucu körpə tərəfindən daha asanlıqla tutulur və süd o saat gəlir. Bundan başqa bu üsul südün çoxalmasına da kömək edir. Körpə tam doyurulamadığında südün sağılıb şüşədən verilməsi körpənin sağlamlığı üçün önəmlidir.
Çox zaman bir neçə həftə sonra körpəni döşdən əmizdirməklə doyurmaq mümkün ola bilir. Körpəni əmizdirərkən fərqli problemlər ortaya çıxarsa ana bir doktora müraciət etməlidir.





ADSA - Azərbaycan Daun Sindromu Ailəsi İctimai Birliyinin saytına xoş gəldiniz.
Bütün dünyada olduğu kimi Azərbaycanda da Daun Sindromu daşıyıcısı olan yüzlərcə uşaq, gənc və ya...
Siz körpəni necə də uzun müddət gözləmisiniz...
Hamiləliyin bütün doqquz ayını siz onu sevmisiniz, onunla danışmısız, daxilinizdəki hər bir hərəkətini dinləmisiniz, onun dün...
Keçən əsrin əvvəlində, həkimlərin Daun sindromlu uşaqların ən yaxın vaxtda öləcəklərini gözlədiyi vaxtlarda həmin xəstəlikli yeniyetmə və yaşlılar barədə eşitmək az-...
Şəkildə gördüyünüz bu qadının adı Layzadır. O həyat yoldaşı Martinlə razılığa gələrək Daun Sndromu olan iki uşağı – Mayklı və Aleksi 2005-ci ildə övladlığa götü...
(Daunlu uşağın dilindən)
Mənim həyat tarixçəm kifayət qədər maraqlı başlayıb. Uzun müddət ata-anamın uşağı olmayıb.Təqribən 10 il sonra onlar mənim varlığımı bilənd...