Daun Sindromuna səbəb olan faktorlar məsələsində, ananın yaşı, radiasiya, troit antibodies, narkotik və alkoqol işlətmək kimi çeşidli tezislər ortaya atılmış olsa da bunların içində heç biri dəqiqlik qazanmamışdır. 21-ci xromosom bilinməyən bir səbəblə bölünə bilməməkdədir və yeni hüceyrədə yerini qorumaqdadır.
Ananın yaşının çox olması, Sindromun tezliyi ilə əlaqəli olan yeganə statistik göstəricidir. Son illərdə aparılan çalışmalar xromosom bölünməzliyinin yalnız ana yumurtasından deyil ata spermindən də qaynaqlana biləcəyini göstərmişdir.
ANANIN YAŞI | DAUN SİNDROMU RİSKİ |
20 yaşdan az | 1700 doğumda bir |
20-25 yaş arası | 1350 doğumda bir |
25-30 yaş arası | 1150 doğumda bir |
30-35 yaş arası | 700 doğumda bir |
35-40 yaş arası | 250 doğumda bir |
40-45 yaş arası | 70 doğumda bir |
45 yaşdan yuxarı | 16 doğumda bir |