Azərbaycan Daun Sindromu Ailəsi

İkilikdə yaşamanın üstünlükləri

E-mail Print PDF

 

Keçən əsrin əvvəlində, həkimlərin Daun sindromlu uşaqların ən yaxın vaxtda öləcəklərini gözlədiyi vaxtlarda həmin xəstəlikli yeniyetmə və yaşlılar barədə eşitmək az-az müyəssər olurdu. İndi isə, Daun sindromlu adamların çoxu yaşlanandan sonra vəziyyət əsaslı şəkildə dəyişib.

 

Belə demək olar ki, Daun sindromlu xəstələrin sayı kiçik bir müasir şəhər əhalisinin sayına yaxınlaşır. Bu isə o deməkdir ki, belə xəstələrin müalicəsində əsas ehtiyacların ödənilməsilə bərabər, onlardan ötrü ictimai kömək xidmətləri və təhsil mərkəzəri yaratmaq zəruridir.

Daun sindromlu adamların normal inkişaf etməsindən ötrü onlarla lap uşaqlıqdan ixtisaslı xidmətlər məşğul olmalıdır, çünki həyatın ilkin mərhələlərindəki inkişaf böyük ölçüdə bu adamların gələcəyini müəyyənləşdirir.

İnteqrasiyanın yüngülləşdirilməsi

Göstərilən mənada Daun sindromlu uşaq olan ailələrdə başa düşülməsi vacibdir ki, həyata qoşulma yalnız məktəb inteqrasiyası problemi deyil, həm də ailəyə, cəmiyyətə və s. qoşulma deməkdir. Yəni söhbət insan həyatının bütün sahələrinə qatılmaqdan gedir.Ona görə də Daun sindromlu uşaqların mövcudluğunun yüngülləşdirilməsinə can atmaq əvəzinə, biz onlara qərar çıxartmaq və öz əməllərinə görə cavab vermək imkanı verməliyik ki, bu da baş beynin bioloji inkişafında, ictimai şüur və dərk etmə qabiliyyətlərinin sonrakı formalaşmasında az rol oynamır.

Tədqiqatlar göstərir ki, Daun xəstəlikli yeniyetmələr onların sağlam yaşıdları kimi dostluq, qarşılıqlı kömək, gözəl geyinmək və ictimai əxlaq normalarına riayət etmək ehtiyaclarına malikdirlər. Beləliklə, onların ehtiyacları eyni olsa da, əlillərin imkanları məhduddur və həmin adamlara ehtiyaclarını əldə etməkdə kömək etmək lazımdır.Daun sindromlu xəstələri sağlam adamların həyat keyfiyyətlərindən məhrum etmək olmaz.Öz istək, zövq və vərdişlərini ifadə etmək üçün imkanlara və üstəlik seçim imkanına malik olmaqla, onlar həmin xəstəlikdən əziyyət çəkməyən adamlar kimi normal ahıl həyatı yaşaya bilərlər.Bu andan etibarən biz onlara bərabər imkanlar verilməsinin zəruriliyində təkid edirik.

Ailə həyatı

Daun sindromlu adamlar başqaları kimi, amma xeyli ləng inkişaf edirlər. Onlarda faydalı davranış və vərdişlərin səviyyəsi yavaş-yavaş yüksəlir.Beləliklə də bu, zamanında onların hətta ailə münasibətlərinə qoşulmasına imkan verir. Amma bundan o nəticəni çıxarmaq lazım deyil ki, belə xəstələrin hamısı mütləq ailə həyatı qurmalıdır. Yalnız onu nəzərə almaq lazımdır ki, Daun sindromlu adamlar müəyyən yaşa çataraq və ictimai cəhətdən lazımınca adaptasiya olunmaqla ailə həyatına daxil olmağa hazırlanırlar.

Hamıya məlumdur ki, Daun sindromlu adamlar arasında nigah və ər-arvad münasibətləri,adətən,onların,mümkün hamiləlik və nəslin həmin xəstəliyə tutulmasından həyəcanlanan, yaxınları üçün narahatlıq yaradır. Bununla belə, Daun sindromlu xəstələrin valideynlərilə görüşlər zamanı görünür ki, valideynlər öz uşaqlarının rifahından daha çox cəmiyyətin neqativ mövqeyindən narahatdırlar.Həm onlar, həm də cavan cütlük, xüsusən də bu cütlüyün törəməsində artıq xromosom olarsa, başqa cür desək, o trisomiyanı irsən mənimsəmiş olsa, ictimai təzyiqə duruş gətirməlidirlər. O biri tərəfdən, Daun sindromlu ahıl adamlarla görüşlər göstərir ki, onların çoxu uşağının olmasını istəmir.

İkilikdə yaşamanın üstünlükləri hansılardır?Hər şeydən əvvəl gənc cütlüyün üzvlərinin, sosial vərdişləri öyrənməyin həyəcan və çətinliklərini tam şəkildə bölüşə biləcəyi xeyirxah dostu olacaq.Bu, sürətli və üstün uyğunlaşmaya xidmət edir.Daun sindromlu ər-arvadın bərabər həyatı söz ehtiyatının və bütövlükdə nitqin, eləcə də maraqların inkişafı üçün böyük stimul olur. Onların bir-birinə qarşı duyduqları qarşılıqlı simpatiyanın da böyük əhəmiyyəti var.Bu hiss onların şəxsiyyətini tarazlaşdırır, onlara müstəqillik və ayrı-ayrı hallarda çətinliklərlə bacarmaqdan ötrü güc verir, əlbəttə ki, intim yaxınlığa və seksual təminata gətirib çıxarır.

Cinsi tərbiyə

İnsanın şikəstlik dərəcəsi nə qədər böyükdürsə, kömək və yardama bir o qədər çox ehtiyacı olur.Ailə həyatı da məhz kömək və yardıma olan həmin tələbata və son nəticədə qarşılıqlı köməyə cavab verir.Daun sindromlu yeniyetmə və ahıl adamlarla danışarkən onların evlənmək istəyi aşkar müşahidə olunur.Daun xəstəliyi olan insan, bunu istəmirsə, niyə təklikdə yaşamağa məhkum olmalıdır ?

Adətən Daun sindromlu adamlar özlərinə hansısa fiziki, yaxud psixi kənarçıxmalı yoldaş axtarırlar, çox vaxt öz gələcək dostları ilə ümumtəhsil müəssisələrində, iş yerində, asudə vaxt mərkəzlərində tanış olurlar. Çox hallarda valideyn və həkim-mütəxəssislərin fikri belədir ki, Daun xəstəlikli adamların dostluq münasibətlərinin keyfiyyətcə yeni dərəcəyə keçməsinə yol vermək olmaz.

Aydındır ki, valideynlər və həkim-mütəxəssislər belə adamlara həyatın intim tərəflərinə aidiyyəti olan hər şeyi öyrətməyin qayğısına qalmalıdırlar.Əlillər üçün bu mövzuda yaxşı təhsil proqramları mövcuddur və vaxtı gələndə onları tətbiq etmək lazımdır.Daun sindromlu xəstələrin ailə həyatının : ev üzrə vəzifələrin bölgüsünü, ev təsərrüfatının aparılmasına əsaslı hazırlığı və imkan daxilində hansısa ictimai-faydalı əmək növünü əhatə etməsi də zəruridir.Yadda saxlamaq lazımdır ki, ilk vaxtlarda ailənin müəyyən nəzarətə ehtiyacı olacaq, ailə təkmilləşdikcə həmin nəzarəti azaltmaq olar.

Daun sindromlu adamların ailələri üçün ər-arvad arasında şəxsi kontaktların yüksək dərəcəsi, böyük məhəbbət və kömək xarakterik olur. Onların bəziləri ixtisaslaşdırılmış heyətdən yardım alır.Digərləri valideynlərinin evindəki qonşu otaqlarda yaşayırlar.Hətta ailələri dağılmış sabiq ər-arvad da ailə həyatı təcrübəsi qazandıqdan sonra özlərini daha inamlı hiss edirlər.

Yetkinlik

Belə ailələrdə vəzifələr əsasən ər-arvad arasında bölüşdürülür. Onların hər biri özünü qabiliyyətlərindən asılı olaraq və situasiyanın tələblərindən çıxış edərək göstərir. Beləliklə, ailə həyatı bütövlükdə sövqedici momentlərdən, adaptasiyadan, vəzifələrin bölüşdürülməsindən, bir-birinə kömək və diqqətdən, daim nə isə yeni olanı öyrənməkdən, ər-arvadın hərəkətlərinin kifayət qədər motivasiya olunmasından, ailə vəziyyətinin möhkəmləndirilməsindən və s. ibarət olmalıdır. Biz hökm vermirik ki, Daun sindromlu bütün şəxslər ailə həyatı qurmaga hazırdır. Nigaha girmək istəyənlər bunu nəzərə almalıdırlar. Nigaha girmək qərarı müvəqqəti istək olmamalıdır, bunun üçün qarşılıqlı olaraq cavabdehliyin anlanması və ailə qurmaq istəyi tələb olunur.

Daun sindromlu aktyorlar, balet artistləri və rəssamlar hamıya məlumdur. Bəziləri incəsənətlə hobbi keyfiyyətində məşğul olur, başqalarından ötrü o, sənətdir. Çoxları tam iş növbəsini işləyirlər, ya da yarımçıq iş günündə məşğul olurlar. Əsas odur ki, Daun sindromlu adamların çoxu aspektlərindən biri nigaha girmə olan normal həyata qabildir. Valideynlər və həkim-mütəxəssislər bu işdə onlara hərtərəfli kömək göstərməlidirlər. Ailə qurmaq qərarına gəlmiş Daunlu adamlara bir müddət bəzi məsələlərdə kömək tələb olunur. Bu gün üçün Daun sindromlu adamların ailə qurması üzrə nisbətən kiçicik, amma, şübhəsiz ki, müsbət təcrübə vardır.

 

Məqalələrdən seçmələr

Stop
Play
  • Daun sindromu hökm deyil Siz körpəni necə də uzun müddət gözləmisiniz... Hamiləliyin bütün doqquz ayını siz onu sevmisiniz, onunla danışmısız, daxilinizdəki hər bir hərəkətini dinləmisiniz, onun dün...
  • Daunlu uşaqları övladlığa götürüb   Şəkildə gördüyünüz bu qadının adı Layzadır. O həyat yoldaşı Martinlə razılığa gələrək Daun Sndromu olan iki uşağı – Mayklı və Aleksi 2005-ci ildə övladlığa götü...
  • İkilikdə yaşamanın üstünlükləri   Keçən əsrin əvvəlində, həkimlərin Daun sindromlu uşaqların ən yaxın vaxtda öləcəklərini gözlədiyi vaxtlarda həmin xəstəlikli yeniyetmə və yaşlılar barədə eşitmək az-...
  • Daun sindromlu uşaqlar Sosial uyğunlaşma imkanları. “Sindrom” sözü əlamət və xüsusiyyətlər çoxluğunu ifadə edir.Daun adı ilk dəfə, 1866-cı ildə bu sindromu təsvir etmiş təbib Con Lenqdon Da...
  • XOŞ GƏLDİNİZ ! ADSA - Azərbaycan Daun Sindromu Ailəsi İctimai Birliyinin saytına xoş gəldiniz. Bütün dünyada olduğu kimi Azərbaycanda da Daun Sindromu daşıyıcısı olan yüzlərcə uşaq, gənc və ya...

SİZ DƏ KÖMƏK EDƏ BİLƏRSİNİZ

Məbləği daxil edin!

BİZİ YAYIN

You are here: Ana səhifə MƏQALƏLƏR İkilikdə yaşamanın üstünlükləri


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module