Azərbaycan Daun Sindromu Ailəsi

“Pulumu alanda sənə ev alacam”...

E-mail Print PDF

İsa o qədər ac qalıb ki...

Gülnaz Atabalayeva 3 uşaq anasıdır. Onun iki qızı, bir oğlu var. Oğlu İsa Atabalayev daun sindromludur. Onlar Yeni Günəşlidə, acınacaqlı bir durumda, kirayə mənzildə yaşayırlar. Buna yaşamaq demək mümkünsə...

 

 

 

 

 

“Biz əvvəllər köhnə Günəşlidə olurduq. Elə oldu ki, yoldaşım 20 yanvarda ayağından yaralandı. Həmin gecə də onu iflic vurdu... Səhəri gün “Voyenkomata” gedib yoldaşımın yaralandığını dedikdə mənə cavab bu oldu: “nə olub? Cavan gəlinsən də sağalacaq”. Yoldaşımın bədənində deşiklər açılırdı, su axırdı. Hər şeyimi satdım, bütün qızıllarımı, qablarımadək. Ancaq yoldaşım sağalmadı... Həkimlər hər yerdə bizdən pul istəyirdi. Əlimdə olan da bitdikdən sonra evimizi təcili satışa çıxardım. Evimiz satıldı, yoldaşım isə rəhmətə getdi...”-deyir Gülnaz Atabalayeva.

İsa anasına ev almaq arzusundadır

Həyat yoldaşını 1997-ci ildən itirən G.Atabalayeva oğlunu baxımsız qoymamaq üçün işlədiyi 195 saylı uşaq bağçasından çıxır. Təkbaşına 3 uşağınıİsa anasına ev almaq arzusundadır

böyütmək üçün hər işi görüb - şadlıq evində qabyuyan, hüzr yerində aşbaz, xadimə... Ta infarkt keçirənədək çalışıb.

“İnfarkt keçirdikdən sonra əvvəlki kimi işləyə bilmirəm. Ürəyim tutur, yıxılıram... Atam raykom katibi olub... Gözəl günlərimiz olub...” – deyən Gülnaz xanım kövrəlir, sözünün ardını gətirə bilmir...

Hazırda kirayə pulunu özünün və oğlunun təqaüdü ilə ödəyən Gülnaz xanım günlərlə ac qaldıqlarını, çörək tamarzısı olduqlarını söyləyir: “İsa o qədər ac qalıb ki. Evimizdə yeməyə quru çörək belə olmayıb. Heç çörək tamarzısı görmüsünüz? Biz onlardanıq...”

Gülnaz ana onlara bəzi xeyirxah insanların yardım etdiklərini də dedi – biri Təranə Musayeva (Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal Rayon Təşkilatının sədri), digəri Sevda xanım... Onların gətirdiyi ərzaqlar hələ bitməmişdi: “Əynimizdə geyindiyimiz paltara qədər Sevda xanım gətirib. Evimizə vurduğumuz pərdələri, yatdığımız döşəkləri Təranə xanım gətirib. Bizə televizoru, soyuducunu da onlar alıb. Onlar olmasa, biz neylərdik?”

“Biz 1997-ci ildən bəri nə ət görürük, nə toyuq... Qonşumuzun oğlu əsgərlikdən gələndə, bir də xeyirxah insanlar bizə yardım gətirəndə ət yeyirik” – deyən qadın ağlayır. Anasının ağlamağına dözməyən İsa da ona qoşulur.

“Elə də olur ki, evdə, qonşularda olan bankaları yığıb qatıq satana satıram. Əvəzinə qatıq, göyərti alıram. Doğramac eləyib yeyirik...” – bunu Raminə - İsanın balaca bacısı söylədi.

55 manatın ağrısı...

Ailə sosial yardım ala bilmir

“Oğlum gec ayaq açıb. Atası rəhmətə gedəndən bir il sonra – 12 yaşı olanda. Onu nə məktəbə qoya bilmişəm, nə də bağçaya... Danışmağı da gec öyrəndi. İndi də səhhəti yaxşı deyil. Durduğu yerdə gömgöy göyərib özündən gedir. Ürəyində qüsur var. Gözləri yaxşı görmür, qulağı da yaxşı eşitmir. Mən ana kimi çox xəcalət çəkirəm ki, onun təqaüdünü alıb kirayəyə verirəm... Özüm 85 manat təqaüd alıram. Onun təqaüdünü də üstünə qoyub 160 manatlıq kirayə haqqını verməliyəm. Bu pulun üstünü isə böyük qızım Səbinə düzəldir. O evlidir. Əlinə düşən pulu bizə gətirir” – ana yenə ağlayır...

Qızı Raminə danışır ki, hələ 2000-ci ildə anası Xətai Rayon Bələdiyyəsinə gedib. Niyaməddin Musayevlə də görüşüb. Ondan torpaq istəyib. Cavabında N.Musayev pulsuz torpağın olmadığını deyib: “2002-ci ildən bizi torpaq növbəsinə götürüblər. Hələ də gözləyirik... Təzəlikcə yenə bələdiyyəyə getmişdik. Bizə dedilər ki, sizin sənədləriniz arxivdədir. Bizdən sonra növbəyə dayananlar çoxdan torpaq alıb. Balaca torpağımız olsa, lap köşk qoyub kirayədən canımızı qurtararıq...”

“Mən 55 manatdan bu zamanadək ona heç nə almamışam... Özüm də belə xəstəyəm. Ondan qorxuram ki, mən ölsəm oğlumun halı necə Torpaq növbəsi çatmır ki, çatmır...

olacaq?Torpaq növbəsi çatmır ki, çatmır... Yemək pulumuzu çox zaman böyük qızım övladının boğazından kəsib verə bilir. Heç yerdə işləmir,

yoldaşının əlinə baxır... Həyətə pomidor, meyvə gətirəndə oğlumu eyvana buraxmıram. Görəndə istəyir, mən ala bilmirəm... Mən ona təqaüdündən bir çöp belə ala bilmirəm” – deyir ana.

Ağlayan ananın əvəzindən yenə Raminə danışır: “Sosial yardım almaq üçün bilmədik hara müraciət edək. Getdik Suraxanı rayonuna dedilər ki, burada daimi qeydiyyatda deyilsiniz, sizə düşmür. Yasamal rayonunda bir qohumumuzun evinə qeydiyyatdayıq. Orada da dedilər ki, burada yaşamırsınız, gəlib yoxlasalar bizə pis olacaq. Orada Fidan xanım adında bir qadın işləyirdi. O, bizim vəziyyətimizi bilirdi, bizə kömək edirdi. Biz harada qeydiyyata duraq, haradan bu yardımı alaq, bilmirəm. Allaha yalvarmaqdan başqa heç nəyə gücüm çatmır...”

Söhbət boyu sakitləşə bilməyən Gülnaz xanımın bircə istəyi odu ki, oğlunun 55 manatlıq təqaüdünü kirayəyə verməsin: “15 ildir mən uşağa yalan danışıram. 15 ildir mən onu aldadıram ki, sənin pulunu alıb sənə paltar alacam, ev alacam, sənə çoxlu meyvə alacam... Ancaq nə vaxtacan?.. Mən anayam axı... Ağlayanda isə oğlum mənə deyir: “ana, ağlama. Puyumu alanda sənə özüm ev alacam”...”

 

Aytən Fərhadova

"Bizim Yol" qəzeti

11.07.11 12:05

http://var.az/sosial/1834-coerk-tamarzlar

Məqalə ADSA İB-nin sifarişi ilə hazırlanıb

 

Məqalələrdən seçmələr

Stop
Play
  • Daunlu uşaqları övladlığa götürüb   Şəkildə gördüyünüz bu qadının adı Layzadır. O həyat yoldaşı Martinlə razılığa gələrək Daun Sndromu olan iki uşağı – Mayklı və Aleksi 2005-ci ildə övladlığa götü...
  • “Pulumu alanda sənə ev alacam”... İsa o qədər ac qalıb ki... Gülnaz Atabalayeva 3 uşaq anasıdır. Onun iki qızı, bir oğlu var. Oğlu İsa Atabalayev daun sindromludur. Onlar Yeni Günəşlidə, acınacaqlı bir durumda, ...
  • İkilikdə yaşamanın üstünlükləri   Keçən əsrin əvvəlində, həkimlərin Daun sindromlu uşaqların ən yaxın vaxtda öləcəklərini gözlədiyi vaxtlarda həmin xəstəlikli yeniyetmə və yaşlılar barədə eşitmək az-...
  • Daunlu uşaqlara münasibət dəyişməlidir   Qəhrəmanova Dilarə loqoped-defektoloq, “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi …Mərkəzimizin fəaliyyəti dövründə xidmətlərimizdən faydalanan hər bir uşağın...
  • Daun sindromlu uşaqlar Sosial uyğunlaşma imkanları. “Sindrom” sözü əlamət və xüsusiyyətlər çoxluğunu ifadə edir.Daun adı ilk dəfə, 1866-cı ildə bu sindromu təsvir etmiş təbib Con Lenqdon Da...

SİZ DƏ KÖMƏK EDƏ BİLƏRSİNİZ

Məbləği daxil edin!

BİZİ YAYIN

You are here: Ana səhifə MƏQALƏLƏR “Pulumu alanda sənə ev alacam”...


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module


Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module